Qana millisi DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin etdi

Qana millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqəni təmin edib.

Arena.az xəbər verir ki, sözügedən komanda seçmə mərhələnin Afrika zonasının 10-cu turunda Komor adaların 1:0 hesabı ilə məğlub edib.

Qana 10 turdan sonra 25 xalla I qrupunda birinci olub. Bu, Qananın dünya çempionatında beşinci çıxışıdır. Onların ən yaxşı nəticəsi 2010-cu ildə Cənubi Afrikada keçirilmiş turnirdə 1/4 finala yüksəlmək olub.

Xatırladaq ki, Qana millisi Afrikadan mundiala vəsiqə qazanmış beşinci komanda olub. Bu komandadan əvvəl Afrikadan Mərakeş, Tunis, Misir və Əlcəzair yığmaları da DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışdılar.

Dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Hazırda qarşıdakı dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 21 komanda var:

Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: