DÇ-2026: Fransa 29-cu oldu

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqə qazanmış komandaların sayı 29-a çatıb.

Arena.az xəbər verir ki, ötən gecə keçirilmiş oyunlardan sonra daha bir komanda mundiala vəsiqə qazanıb.

Bu, iki gün sonra Bakıda Azərbaycan milli komandasının qonağı olacaq Fransa yığmasıdır.

Sözügedən komanda D qrupunun 5-ci turu çərçivəsində ötən gecə Ukrayna ilə qarşılaşıb. Didye Deşamın baş məşqçilik etdiyi kollektiv 4:0 hesabı ilə qalib gəlib. Beləliklə, Fransa ardıcıl 8-ci dəfə mundialın final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 29 komandanın siyahısı belədir:

Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo Verde (debüt)
Cənubi Afrika
İngiltərə
Seneqal
Səudiyyə Ərəbistanı
Kot-d’İvuar
Qətər
Fransa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: