Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alndığı “Leççe” – “Torino” matçında meydan sahibləri qələbə qazanıblar. “Atalanta” da “Fiorentina”nı xalsız yola salıb.
Səfərdə “Piza” ilə qarşılaşmış “İnter” turu inamlı qələbə ilə başa vurub. Lider “Roma” isə əsas izləyicilərindən olan “Napoli”yə uduzmaqla 4-cü pilləyə düşüb.
13-cü tura dekabrın 1-də keçiriləcək “Bolonya” – “Kremoneze” oyunu ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
13-cü tur
28 noyabr
Komo – Sassuolo 2:0
Qollar: Duvikas, 14. Moreno, 53.
29 noyabr
Cenoa – Verona 2:1
Qollar: Kolombo, 40. Torsbi, 62 – Belqali, 21.
Parma – Udineze 0:2
Qollar: Zaniolo, 11. Devis, 65-pen.
Yuventus – Kalyari 2:1
Qollar: K.Yıldız, 27; 45+1 – Espozito, 26.
Milan – Latsio 1:0
Qol: Leao, 51.
30 noyabr
Leççe – Torino 2:1
Qollar: Kulibali, 20. Banda, 22 – Adams, 57.
Piza – İnter 0:2
Qollar: L.Martines, 69; 83.
Atalanta – Fiorentina 2:0
Qollar: Kossunu, 31. Lukman, 51.
Roma – Napoli 0:1
Qol: David Neres, 36.
1 dekabr
23:45. Bolonya – Kremoneze


