Ayxan Abbasov: “Kəpəz”lə matçda layiqli qələbə qazandıq”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün xoş qalibiyyət oldu. Azarkeşlərimizin qarşısında çoxdandır ki, qələbə qazana bilmirdik. Bilirdik ki, onlar o qələbəni bizdən gözləyirdilər. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda uduzmaq istəmirdi. Oyun sürətli başladı. Birinci hissədə qol epizodları oldu. İkinci hissəyə yaxşı başlamadıq. Sonradan oyuna nəzarət bizə keçdi. Layiqli qələbə qazandıq. Komandamızı təbrik edirəm. Gələcək oyunlara baxacağıq. Bu gün çempionatda ən maraqlı komandalardan birinə çevrilə bilmişik. “Kəpəz”in aqressiv gələcəyini bilirdik. Son pillələrdə gərgin mübarizə gedir. “Karvan” da bizimlə oyuna final kimi yanaşırdı. Bu da çempionatımıza rəng qatır”.

Xəbəri sosial şəbəkələrdə paylaş: