Timoteuş Puxaç “Sabah”da qaldı – Rəsmi

Almaniyanın “Holştayn Kil” klubundan icarəyə götürlmüş polşalı sol cinah müdafiəçisi “Sabah”da qalmağa qərar verib.

Arena.az xəbər verir ki, Azərbaycan klubu Puxaçın transferi ilə bağlı Almaniya klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, son Azərbaycan çempionu 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Timoteuş Puxaç ötən ilin sentyabrından bu komandanın formasını geyinir. O, cari mövsümdə “Sabah”ın heyətində bütün turnirlər çərçivəsində 33 oyunda 2 qol vurub və 12 məhsuldar ötürmə verib.

Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebye Sosnovets” (2018), “Katovitse” (2018/2019), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/2024), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib.

Timoteuş Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2021-ci ildə əsas millidə debüt edib. O, yığmanın heyətində 15 oyun keçirib, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: