Super Liqa: “Beşiktaş”dan son oyunda heç-heçə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Rizəspor” doğma meydanda “Beşiktaş”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Beləcə, tərəflər mövsümü heç-heçə ilə tamamlayıblar. “Beşiktaş” mövsümü 60 xalla 4-cü yerdə başa vurub. 41 xalı olan “Rizəspor”un neçənci olacağı isə digər oyunların nəticəsindən asılı olacaq.

Türkiyə, Super Liqa
34-cü tur
15 may

Rizəspor – Beşiktaş 2:2
Qollar: Soue 18; 31 – J.Silva, 55. Çernı, 62.

16 may

18:00. Karagümrük – Alanyaspor
21:00. Qaziantep – Başakşəhər
21:00. Samsunspor – Göztəpə

17 may

18:00. Kayserispor – Konyaspor
21:00. Antalyaspor – Kocaelispor
21:00. Fənərbağça – Eyüpspor
21:00. Kasımpaşa – Qalatasaray
21:00. Trabzonspor – Gənclərbirliyi

Xəbəri sosial şəbəkələrdə paylaş: