A Seriyasında 2025/2026 mövsümünün ən yaxşıları açıqlandı

Futbol üzrə İtaliya A Seriyasında sona bir tur qalmış 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunçularının siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“İnter”in müdafiəçisi Federiko Dimarko İtaliya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilib. Müdafiəçi bu mövsüm 18 məhsuldar ötürmə edərək, Alexandro Qomesin (16) turnir rekordunu qırıb.

“İnter”in hücumçusu Lautaro Martines liqanın ən yaxşı hücumçusu seçilib. Argentinalı futbolçu 29 oyunda 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Komo”nun hücumçusu Nikolas Pas isə mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib. Argentinalı futbolçunun hesabında 35 oyunda 12 qol və 6 məhsuldar ötürmə var.

“Roma”nın qapıçısı Mile Svilar 37 oyunda 31 qol buraxaraq və 17 matçda qapısını toxunulmaz saxlayaraq öz mövqeyində ən yaxşı oyunçu olub.

“Kalyari”nin futbolçusu Marko Palestra mövsümün müdafiəçisi adına layiq görülüb. İtaliyalı futbolçu 36 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Yuventus”un türkiyəli vingeri Kenan Yıldız isə 10 qol və 6 məhsuldar ötürmə ilə mövsümün ən yaxşı gənc futbolçusu seçilib.

Xatırladaq ki, daha öncə Kristian Kivu da (“İnter”) A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: