“Neftçi”nin və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Rəhman Hacıyev Premyer Liqa təmsilçisi “Kəpəz”lə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay bitirdi.
Xatırladaq ki, Rəhman Hacıyev 2026-cı ilin yanvar ayında “Səbail”dən ayrılaraq “Kəpəz”ə üz tutmuşdu. Təcrübəli futbolçu Gəncə klubunun heyətində bütövlükdə 18 oyuna çıxıb, 2 qola imza atıb.
Hacıyev daha öncə uzun illər “Neftçi”də (233 oyun, 24 qol, 22 məhsuldar ötürmə) çıxış edib. O, karyerası ərzində “Şamaxı” (53 oyun, 11 qol, 7 asist), “Bakı” (43 oyun, 2 qol), “Sumqayıt” (18 oyun, 3 qol) və “Qaziantep”də (8 oyun, 1 qol) də oynayıb.
Hacıyev Azərbaycanın U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2015-ci ildə əsas millimizdə debüt edib. Amma 31 yaşlı futbolçu millimizdə keçirdiyi 8 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Xatırladaq ki, “Kəpəz” daha əvvəl Dioqo Verdaska ilə də müqavilənin müddətini uzatmışdı.


