Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün 1/16 final mərhələsinin sonuncu oyunu keçirilib.
Kolumbiya millisi 1/8 finala vəsiqə uğrunda Qana yığması ilə qarşılaşıb. Kanzas Sitidə (Missuri, ABŞ) təşkil edilmiş matçın taleyini bir qol həll edib. Con Ariasın 14-cü dəqiqədə vuruğu qol kolumbiyalılara vacib qələbə qazandırıb və bu komandanı növbəti mərhələyə daşıyıb.
Kolumbiyanın 1/8 finaldakı rəqibi İsveç seçməsi olacaq.
Xatırladaq ki, daha öncə Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya, Portuqaliya, İsveçrə, Misir və Argentina yığmaları da 1/8 finala vəsiqə qazanmışdılar.
DÇ-2026
1/16 final
4 iyul
Kolumbiya – Qana 1:0
Qol: Con Arias, 14.


