Fransalı hücumçu Kilian Mbappe dünya çempionatları tarixinin ən yaxşı bombardiri olan Lionel Messi ilə arasındakı fərqi minimuma endirib.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvaya qarşı keçirilən və Fransa yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə penaltidən fərqlənərək mundiallardakı qol sayını 19-a çatdırıb.
Bununla da Mbappe yalnız 20 qolu olan Argentina millisinin kapitanı Lionel Messidən geri qalır.
Maraqlıdır ki, fransalı hücumçu bundan əvvəl də Messiyə yaxınlaşmışdı. O, 1/16 finalda İsveç üzərində 3:0 hesablı qələbədə dubl edərək fərqi minimuma endirmişdi. Lakin daha sonra Messi Kabo Verde ilə oyunda (3:2, əlavə vaxt) qol vuraraq üstünlüyünü yenidən iki topa çatdırmışdı. Mbappenin Paraqvayla matçdakı dəqiq penalti zərbəsi isə bu fərqi yenidən bir qola endirib.
Qeyd edək ki, Mbappe DÇ-2026-da vurduğu 7 qolla turnirin bombardirləri sırasında da ön sıralardadır. O, 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə Fransa millisi ilə mundialın gümüş medalını qazanıb. Hazırda İspaniyanın “Real” klubunun formasını geyinən hücumçu dünya çempionatları tarixinin bombardirlik rekordunu yeniləməyə əsas namizədlərdən biri hesab olunur.


