Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın ən yaxşı bombardirləri siyahısında Lionel Messi ilə eyni göstəriciyə çatıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bunu dünya çempionatının 1/8 final mərhələsində Paraqvay üzərində 1:0 hesablı qələbə ilə başa çatan oyunda vurduğu qolla bacarıb.
Beləliklə, Mbappenin turnirdəki qol sayı 7-yə yüksəlib.
Hazırda Argentina millisinin kapitanı Lionel Messinin də aktivində 7 qol var. Lakin Argentina yığması 1/8 final mərhələsində Misirlə oyununu hələ keçirmədiyi üçün Messi yenidən fərqlənərək bombardirlər yarışında önə çıxa bilər.
Məhsuldar hərəkətlərin sayına görə isə Mbappe liderliyini möhkəmləndirib. O, 7 qol və 2 məhsuldar ötürmə ilə turnirdə ümumilikdə 9 məhsuldar hərəkətə imza atıb və bu göstəricidə hamını qabaqlayır.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.
- Kilian Mbappe (Fransa) – 7
- Lionel Messi (Argentina) – 7
- Harri Keyn (İngiltərə) – 5
- Erlinq Haland (Norveç) – 5
- Vinisius Junior (Braziliya) – 4
- Usman Dembele (Fransa) – 4
- İsmaila Sarr (Seneqal) – 4
- Mikel Oyarsabal (İspaniya) – 4.


