“Sabah”, “Qarabağ”, “Neftçi” və “Zirə”nin avrokubokların 2026/27 mövsümünün 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olacaq.
Arena.az xəbər verir ki, ilk olaraq UEFA Çempionlar Liqasında (ÇL) bu raundun püşkatma mərasimi keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. “Sabah” püşkdə səpələnməmişlər səbətində yer alacaq. “Bayquşlar” 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS komandası ilə üz-üzə gələcək.
“Sabah”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri:
Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya) cütünün qalibi
Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi
İberiya (Gürcüstan) – Slovan (Slovakiya) cütünün qalibi
Orhus (Danimarka) – Lex (Polşa) cütünün qalibi
Eqnatiya (Albaniya) – Çelye (Sloveniya) cütünün qalibi
Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) cütünün qalibi
Avropa Liqasında çıxış edən “Qarabağ” 3-cü təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Püşk Bakı vaxtı ilə saat 15:00-da atılacaq. Ağdam klubu 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə görüşəcək.
“Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri:
Şerif (Moldova) – Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi
Şturm (Avstriya) – Harts (Şotlandiya) cütünün məğlubu
Fənərbağça (Türkiyə) – Qurnik (Polşa) cütünün məğlubu
Avropa Konfrans Liqasında isə “Neftçi” və “Zirə” mümkün rəqiblərini tanıyacaqlar. Hər iki komanda səpələnməmişlər səbətində olacaq. “Ağ-qaralar” 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk), “qartallar” Estoniyanın “Payde” kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.
“Neftçi”nin 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri:
Jelezniçar (Serbiya) – Braqa (Portuqaliya) cütünün qalibi
Pakş (Macarıstan) – Panatinaikos (Yunanıstan) cütünün qalibi
Luqano (İsveçrə) – Dukajini (Kosovo) cütünün qalibi
AEK (Larnaka, Kipr) – Beytar (İsrail) cütünün qalibi
“Zirə”nin potensial rəqibləri:
Bravo (Sloveniya) – Şkendiya (Şimali Makedoniya) cütünün qalibi
Santa Koloma (Andorra) – Rapid (Avstriya) cütünün qalibi
Rakuv (Polşa) – Valletta (Malta) cütünün qalibi
Riyeka (Xorvatiya) – Derri Siti (İrlandiya) cütünün qalibi
Polesye (Ukrayna) – Kopenhagen (Danimarka) cütünün qalibi
Bugünkü püşkatma mərasimində “Sabah”ın ÇL-də uduzacağı halda Avropa Liqasının 3-cü raundundakı, “Qarabağ”ın isə Avroliqada uduzacağı halda Konfransın Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri də bəlli olacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək. Avropa Liqasında və Konfrans Liqasında isə matçlar 6 və 13 avqusta təsadüf edəcək.


