“Kəpəz” və “Şamaxı” Qəbələdə “sülh bağladılar”

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” və “Kəpəz” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunun köməkçi meydanında keçirilib.

Matçda qapılara qol vurulmayıb – 0:0.

Xatırladaq ki, bu, “Şamaxı”nın yay təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunu idi. Sözügedən komanda növbəti sınaq matçını avqustun 4-də “Qəbələ”yə qarşı keçirəcək.

“Kəpəz” isə bu yay keçirdiyi ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşmış və 1:2 hesabıyla məğlub olmuşdu.

Maraq üçün xatırladaq ki, Şamaxı və Gəncə təmsilçiləri bu yay baş məşqçilərini dəyişiblər. Azər Bağırov məhz Gəncə klubundan ayrılaraq Şamaxının eyniadlı komandasının sükanı arxasına keçib. “Kəpəz”də isə onu keçmiş baş məşqçi Azər Məmmədov əvəz edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: