Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxaracaq.
Arena.az xəbər verir ki, “bayquşlar” Finlandiyanın KuPS komandası ilə üz-üzə gələcəklər.
Masazırda baş tutacaq ilk görüş Polşadan olan hakimlər briqadasına tapşırılıb. Matçı Lukaş Kujma idarə edəcək.
Xatrıladaq ki, “Sabah” ilə KuPS arasında cavab qarşılaşması bir həftə sonra Finlandiyada, Kuopiodakı “Kuopion Keskuskentta” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Bu üzdən də Azərbaycan çempionu cütün taleyini ilk oyunda həll etməyə çalışacaq. Əks halda səfərdə mərhələ adlamaq daha da çətinləşə bilər.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
21 iyul
20:00. Sabah – KuPS
Hakimlər: Lukaş Kujma, Yakub Vinkler, Pyotr Podbyelski, Marçin Şerboviç (hamısı Polşa).
“Masazır Arena”.


