Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, “bayquşlar” Finlandiyanın KuPS komandası ilə üz-üzə gəliblər.
Masazırda baş tutmuş ilk görüş Polşadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Lukaş Kujma olub. Oyunun taleyini bir qol həll edib. İlk yarının sonunda vurulmuş yeganə qol “Sabah”a vacib qələbə qazandırıb.
Xatrıladaq ki, “Sabah” ilə KuPS arasında cavab qarşılaşması bir həftə sonra Finlandiyada, Kuopiodakı “Kuopion Keskuskentta” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Azərbaycan çempionu cütün taleyini ilk oyunda həll edə bilmədiyi üçün, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Halbuki, Masazırdakı görüşdə çoxsaylı qol epidozları dəyərləndirilsəydi, Azərbaycan təmsilçisi bu rəqibini böyük hesabla məğlub edə bilərdi.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
21 iyul
Sabah – KuPS 1:0
Qol: Velko Simiç, 45+1.
Hakimlər: Lukaş Kujma, Yakub Vinkler, Pyotr Podbyelski, Marçin Şerboviç (hamısı Polşa).
“Masazır Arena”.
Sabah: 92. Stas Pokatilov (k), 3.Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 10 Aleksey İsayev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
KuPS: 1. Yohannes Kreydl, 4. Kasim Nuhu, 8. Petteri Pennanen (k), 9. Qustav Enqvall, 10. Valentin Qask, 16. Tommi Jiri, 20. Pyotr Pajişek, 24. Bob Armah, 25. Klinton Antvi, 28. Brahima Maqassa, 29. Akseli Puukkio.
Ehtiyat oyunçular: 12. Rihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 11. Xayme Moreno, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 21. Luyeye Lutumba, 22. Sayku Touray, 23. Arttu Lötyönen, 30. Rikaro Arauxo, 33. Taneli Hamalaynen.
Baş məşqçi: Miika Nuutinen.


