Azər Məmmədov: “Komandada inkişaf görürəm”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov yeni mövsümə hazırlıq çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Azər Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim artıq 3-cü yoxlama matçımızdır. Oyundan-oyuna komandada inkişaf görürəm. Bizi əsas qayğılandıran məsələ futbolçularımızın zədə almamasıdır. Bundan başqa, həm fiziki, həm də taktiki tərəfdən müsbət və mənfi cəhətlərə diqqət yetiririk. Oyunçular özlərini yaxşı tərəfdən göstərirlər. Amma qarşıda görüləsi çox işimiz var. Bəzi mövqelər üzrə heyətə yeni futbolçular cəlb etmək istəyirik. Yaxın günlərdə bir neçə oyunçu bizə qoşulacaq. Qarşıda daha 2 yoxlama oyunumuz var və bu qarşılaşmalara kimi heyəti 90% formalaşdırmağa çalışacağıq. Futbolçulara göstərdikləri oyuna, azarkeşlərə isə yoxlama matçı olmasına baxmayaraq, bizi tək qoymadıqlarına görə təşəkkür edirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: