ÇL: “Sabah” səfərdə KuPS ilə üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, “bayquşlar” Finlandiyanın KuPS komandası ilə üz-üzə gələcəklər.

Finlandiyada baş tutacaq cavab görüşü İsraildən olan hakimlər briqadasına tapşırılıb. Matçı Qal Leybovitz idarə edəcək.

Xatırladaq ki, “Sabah” ilə KuPS arasında ilk oyun bir həftə öncə Masazırda baş tutmuş və Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu üzdən də bakılılara səfər matçında mərhələ adlamaq üçün hətta heç-heçə də bəs edəcək.

Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv KuPS səddini keçsə, ÇL-in 3-cü təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. O zaman paytaxt klubu Avroliqanın 3-cü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul

19:00. KuPS – Sabah
Hakimlər: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail).
Kuopio. “Kuopion Keskuskentta” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: