ÇL: “Fənərbağça” Polşa klubunu çətinliklə keçdi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 8 qarşılaşma baş tutub.

“Sabah”ın potensial rəqiblərinin oyununda “Orhus” inanılmazı bacarıb. Danimarka təmsilçisi növbəti raundda “Sabah”a rəqib olub.

Türkiyənin “Fənərbağça” komandası evdə minimal hesabla yendiyi “Qornik”lə səfərdə heç-heçə oynasa da, mərhələ adlayan tərəf olub.

Xatırladaq ki, ÇL-in 3-cü təsnifat mərhələsinin oyunları avqustun ilk iki həftəsində keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul

KuPS (Finlandiya) – Sabah (Azərbaycan) 0:2 (ilk oyun 0:1)
Linkoln (Cəbəllüttariq) – Myalbu (İsveç) 0:0 (0:3)
Dinamo (Zaqreb, Xorvatiya) – Tyun (İsveçrə) 3:2 (1:1)
Çelye (Sloveniya) – Eqnatiya (Albaniya) 2:2, penaltilər 4:1 (3:3)
Harts (Şotlandiya) – Şturm Qras (Avstriya) 0:2 (0:4)
Şemrok Rovers (İrlandiya) – Ararat (Ermənistan) 2:1 (0:2)

29 iyul

Kayrat (Qazaxıstan) – Omoniya (Kipr) 1:0, penaltilər 6:5 (0:1)
Kauno Jalgiris (Litva) – Klaksvik (Farer adaları) 1:0 (0:0)
Lex (Poznan, Polşa) – Orhus (Danimarka) 1:4, penaltilər 3:4 (4:1)
Hapoel (Beer Şeva, İsrail) – Vikinqur (İslandiya) 2:0 (1:2)
Universitatya (Krayova, Rumıniya) – Levski (Bolqarıstan) 2:2 (0:1)
Srvena Zvezda (Serbiya) – Larne (Şimali İrlandiya) 5:0 (4:0)
Qornik (Polşa) – Fənərbağça (Türkiyə) 1:1 (0:1)
Slovan (Bratislava, Slovakiya) – İberiya (Gürcüstan) 1:1 (2:0)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: