“Sabah” – “Orhus” matçı üçün portuqal referi

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Orhus” matçının hakimləri açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan və Danimarka komandaları arasındakı cavab qarşılaşmasını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Joao Pineyro olacaq. Ona yan xətt hakimləri Lusiano Mariya və Hüqo Markes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək. Görüşün VAR hakimi Tyaqo Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada keçiriləcək. Amma “Randers Arena”da baş tutacaq həmin görüşün hakim təyinatları hələ rəsmi olaraq açıqlanmayıb. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Cavab matçı isə avqustun 11-də “Masazır Arena”da baş tutacaq. Bu oyunun start fiti saat 20:00-da səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: