ÇL: “Sabah” Masazırda “Orhus”a qarşı

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Valdas Dambrauskasın çalışdırdığı paytaxt klubu ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində Danimarka çempionu “Orhus”la üz-üzə gələcək.

Azərbaycan və Danimarka çempionları arasında Randers şəhərində keçirilmiş ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdılar. Cavab görüşündə “bayquşlar” inamlı qələbə sayəsində mərhələ adlamağa çalışacaqlar. Əks halda Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşacaq.

“Masazır Arena”da keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona həmyerliləri Ervan Fenjan və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək. VAR hakimi Bastyen Deşepi, AVAR isə Nikolya Renvil olacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
11 avqust

20:00. Sabah – Orhus
Hakimlər: Villi Delajo, Ervan Fenjan, Valentin Evrard, Erik Vattellye (Fransa).
“Masazır Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: