2025/2026-cı illər mövsümünü “Səbail”də keçirmiş 32 yaşlı qapıçı Rəşad Əzizli bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qolkiperlə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulmuş 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Rəşad Əzizli karyerası ərzində “Şamaxı”, “Qəbələ”, “Neftçi”, “Rəvan”, “Sumqayıt”, “Zirə” və AZAL kimi klublarda da forma geyinib. O, Azərbaycanın U-17 və U-19 yığmalarının da uğurları üçün çalışıb.
“Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Ürfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli, Viktor Stina, Hüseyn Babayev, Namiq Ələsgərov və Benitonu da heyətinə qatıb. Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska, Ümid Səmədov və Elgün Bayramovla yeni müqavilə imzalanıb. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.


