Bu gün keçirilmiş bir oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və ilk turun açılış oyununda son çempion “Qalatasaray” doğma meydanda “Çorum”la üz-üzə gəlib.
İstanbul nəhəngi dörd qolluq oyundan xal itkisi ilə ayrılıb.
İlk turun qalan görüşləri avqustun 15-də, 16-da və 17-də keçiriləcək.
Türkiyə, Super Liqa
1-ci tur
14 avqust
Qalatasaray – Çorum 2:2
15 avqust
20:00. Kasımpaşa – Trabzonspor
20:00. Konyaspor – Rizəspor
22:30. Qaziantep – Alanyaspor
22:30. Gənclərbirliyi – Fənərbağça
16 avqust
20:00. Başakşəhər – Kocaelispor
22:30. Amedspor – Ərzurumspor
22:30. Beşiktaş – Eyüpspor
17 avqust
22:30. Samsunspor – Göztəpə


