Super Liqa: “Fənərbağça” mövsümə xalsız başladı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Kasımpaşa” – “Trabzonspor” və “Qaziantep” – “Alanyaspor” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Konyaspor” evdə “Rizəspor”a uduzub. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşmış “Fənərbağça” da yeni mövsümə məğlubiyyətlə başlayıb.

İlk turun qalan görüşləri avqustun 16-da və 17-də keçiriləcək.

Türkiyə, Super Liqa
1-ci tur

14 avqust

Qalatasaray – Çorum 2:2

15 avqust

Kasımpaşa – Trabzonspor 1:1
Konyaspor – Rizəspor 0:1
Qaziantep – Alanyaspor 1:1
Gənclərbirliyi – Fənərbağça 2:1

16 avqust

20:00. Başakşəhər – Kocaelispor
22:30. Amedspor – Ərzurumspor
22:30. Beşiktaş – Eyüpspor

17 avqust

22:30. Samsunspor – Göztəpə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: