Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz – Azərbaycan çempionu “Sabah” da mərhələ adlamağı bacarıb.
Masazır təmsilçisi öz meydanında Danimarkanın “Orhus” komandasını 4:0 hesabı ilə darmadağın edərək pley-offa vəsiqə qazanıb.
Türkiyə təmsilçisi “Fənərbağça” da istəyinə çatıb. İstanbul klubu evdə 2 cavabsız qolla yendiyi Avstriyanın “Şturm” komandasına səfərdə də qalib gəlib və pley-offa yüksəlib.
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
11 avqust
Slovan (Bratislava, Slovakiya) – Myalbü (İsveç) 2:0 (ilk oyun 2:1)
NEK Neymegen (Niderland) – Olimpiakos (Yunanıstan) 2:1 (0:0)
Çelye (Sloveniya) – Ararat (Ermənistan) 2:0 (1:2)
Kayrat (Qazaxıstan) – Levski (Sofiya, Bolqarıstan) 0:1 (0:1)
Şturm (Qrats, Avstriya) – Fənərbağça (Türkiyə) 0:1 (0:2)
Srvena Zvezda (Serbiya) – Hapoel (Beer-Şeva, İsrail) 0:2 (0:1)
Bodo Qlimt (Norveç) – Yunion (Belçika) 3:2 (3:3)
Sabah (Azərbaycan) – Orhus (Danimarka) 4:0 (1:2)
Jalgiris (Litva) – Dinamo (Zaqreb, Xorvatiya) 1:2 (0:5)


