ÇL: Pley-off mərhələsinin bütün cütləri bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, dünən keçirilən oyunlardan sonra hamı Liqa mərhələsi yolundakı sonuncu rəqibini tanıyıb.

Azərbaycan çempionu “Sabah” həlledici raundda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq. Türkiyə təmsilçisi “Fənərbağça”nın rəqibi “Olimpik” (Lion, Fansa) olacaq. İlk dəfə bura qədər yüksəlmiş Niderlandın “Neymegen” komandasının Norveç təmsilçisi “Bodo Qlimt”lə duelləri də maraqla gözlənilir.

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin ilk oyunları 18-19, cavab matçları isə 25-26 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi

Levski (Bolqarıstan) – AEK (Yunanıstan)

Dinamo (Zaqreb, Xorvatiya) – Vikinq (Norveç)

Fənərbağça (Türkiyə) – Olimpik (Lion, Fransa)

Seltik (Şotlandiya) – LASK (Avstriya)

Hapoel (Beer-Şeva, İsrail) – Sabah (Azərbaycan)

Slovan (Slovakiya) – Çelye (Sloveniya)

Neymegen (Niderland) – Bodo Qlimt (Norveç)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: