“Sabah” Buxarestdə “Hapoel”ə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” bu mərhələdə İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyun məlum səbəblərdən İsraildə yox, neytral meydanda – Rumıniyanın Buxarest şəhərində təşkil edilib. Oyunu İtaliyadan olan tanınmış referi Davide Massa idarə edib.

Tarixində ilk dəfə ÇL-də iştirak etməsinə baxmayaraq, uğurlu nəticələri ilə pley-offa qədər irəliləmiş Azərbaycan çempionu indi bu turnirin Liqa mərhələsinə vəsiqə qazanmaq istəyir. Bunun üçün ilk növbədə “Hapoel”lə səfər oyunundan sərfəli nəticə ilə qayıtmaq vacib idi. Qarşılaşmada hesabı da masazırlılıar açıblar. Amma uğurlu başlanğıcın davamını gətirmək mümkün olmayıb. Əvəzində ikinci hissədə ardıcıl iki qol vurmuş nominal meydan sahibləri yekunda əzmkar qələbəyə seviniblər.

Bu komandalar arasındakı cavab qarşılaşması gələn həftə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu
19 avqust

Hapoel (Beer-Şeva) – Sabah 2:1
Qollar: Javon East, 43. İqor Zlatanoviç, 79 – Velko Simiç, 6.
Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Markenaro (hamısı İtaliya).
Rumıniya. Buxarest. “Cüleşti Arena”.

Hapoel: 1. Ofir Marsiano, 2. Quy Mizrahi, 4. Migel Vitor (k), 5. Pedro Amador, 7. Elyel Perets, 9. Zahi Ahmad, 12. İtay Rotman, 20. Javon East, 25. Lukas Ventura, 28. Niv Yehoşuha, 66. İqor Zlatanoviç.
Ehtiyat oyunçular: 34. Marko Volff, 3. Matan Baltaxa, 8. Məhəmməd Kanan, 11. Amir Qanah, 13. Ofir Davidzada, 14. Yonas Malede, 18. Roy Levi, 19. Amit Ohana, 23. Eytay Hazut, 27. Yoan Stoyanov, 44. Cibril Diop, 45. Abu Rumi.
Baş məşqçi: Ran Kojux.

Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 34. Ksander Severina, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 8. Kristian Nvaçukvu, 11. Kahim Parris, 17. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: