Ran Kojux: “Sabah”ın qoluna hazır idik”

“Hapoel”in (Beer-Şeva) baş məşqçisi Ran Kojux Çempionlar Liqasının pley-offunda “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, İsrail və Azərbaycan çempionları arasındakı ilk qarşılaşma bu gün Rumıniyanın Buxarest şəhərində baş tutub.

Ran Kojux 2:1 hesablı əzmkar qələbəyə sevindikləri oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hazırda xoşbəxtəm. Amma bu, yalnız mübarizənin yarısıdır. Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. “Sabah”ın qoluna hazır idik. Rəqib topla yaxşı oynayan kollektivdir. Biz ötürmə vaxtı səhv etmişdik. Onlar da bundan yararlandılar. “Orhus” (Danimarka) evdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlmişdi. Səfərdə dörd cavabsız topla uduzdu. Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik”.

Xatırladaq ki, bu komandalar arasındakı cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həlledici oyuna saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: