Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” yarımmüdafiəçisi Nicat Məmmədov ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçunun yeni sözləşməsi 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.
Xatırladaq ki, Nicat Məmmədov ötən mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.
Nicat “Neftçi”nin yetirməsi olsa da, 2019-cu ildə “Kəpəz”ə üz tutub. Daha sonra o, “Zirə” və “Zaqatala”da da icarədə olub. Mərkəz yarımmüdafiəçisi Gəncə klubunun əsas komandasında 8 oyuna çıxıb, 1 qol da vurub. Məmmədov bir müddət Azərbaycanın U-17 yığmasında da oynayıb.
“Kəpəz” bu yay Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska, Ümid Səmədov və Elgün Bayramovla da yeni müqavilə bağlamışdı.


