Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Çorum” doğma meydanda “Kasımpaşa”ya, “Rizəspor” isə “Samsunspor”a məğlub olub. Altı qolun qeydə alındığı “Fənərbağça” – “Konyaspor” görüş də meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2-ci turun qalan görüşləri avqustun 23-də və 24-də baş tutacaq.
Türkiyə, Super Liqa
2-ci tur
21 avqust
Ərzurumspor – Qalatasaray 0:4
22 avqust
Çorum – Kasımpaşa 0:1
Rizəspor – Samsunspor 0:2
Fənərbağça – Konyaspor 4:2
23 avqust
20:00. Eyüpspor – Qaziantep
20:00. Trabzonspor – Başakşəhər
22:30. Alanyaspor – Beşiktaş
22:30. Göztəpə – Gənclərbirliyi
24 avqust
22:30. Kocaelispor – Amedspor


