Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun ikinci oyun günündə də dörd görüş baş tutub.
“Yuventus” səfərdə “Frozinone”yə, “Milan” isə “Torino”ya qalib gəlib. “Venetsiya” doğma meydanda “Leççe”yə 2 cavabsız qolla uduzub. “Atalanta” isə ilk turda “Sassuolo”nu xalsız yola salıb.
1-ci turun qalan oyunları avqustun 24-də keçiriləcək.
İtaliya, A Seriyası
1-ci tur
22 avqust
İnter – Montsa 4:1
Udineze – Komo 1:1
Cenoa – Napoli 0:2
Parma – Kalyari 0:1
23 avqust
Frozinone – Yuventus 0:1
Venetsiya – Leççe 0:2
Atalanta – Sassuolo 2:1
Torino – Milan 1:2
24 avqust
20:30. Bolonya – Latsio
22:45. Roma – Fiorentina


