Super Liqa: “Beşiktaş” Alanyada xalsız qaldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Eyüpspor” evdə “Qaziantep”ə, “Göztəpə” isə “Gənclərbirliyi”nə məğlub olub.

Üç qolun qeydə alındığı “Trabzonspor” – “Başakşəhər” matçında meydan sahibləri qalib gəliblər. “Alanyaspor”un qonağı olmuş “Beşiktaş” isə turu məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, 2-ci tura avqustun 24-də baş tutacaq “Kocaelispor” – “Amedspor” oyunu ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
2-ci tur

21 avqust

Ərzurumspor – Qalatasaray 0:4

22 avqust

Çorum – Kasımpaşa 0:1
Rizəspor – Samsunspor 0:2
Fənərbağça – Konyaspor 4:2

23 avqust

Eyüpspor – Qaziantep 0:1
Trabzonspor – Başakşəhər 2:1
Alanyaspor – Beşiktaş 1:0
Göztəpə – Gənclərbirliyi 0:1

24 avqust

22:30. Kocaelispor – Amedspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: