ÇL: “Sabah”dan “Hapoel”lə həlledici görüş!

Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda ÇL-in pley-off mərhələsi çərçivəsində “Hapoel”lə (Beer-Şeva) üz-üzə gələcək.

Azərbaycan və İsrail çempionları arasında səfərdə keçirilmiş ilk matçda “bayquşlar” 1:2 hesablı məğlubiyyətlə üzləşib. Bu üzdən də Masazır klubu qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmaq üçün inamlı hesabla qələbə qazanmaq məcburiyyətindədir. Çempionlar Liqasındakı ilk mövsümündə tarixi nəticələrə imza atmış “Sabah” daha bir tarix yazmaq üçün “Hapoel” səddini də keçmək istəyir.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FİFA referisi İştvan Kovaç olacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu

25 avqust

Sabah – Hapoel (Beer-Şeva)
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: