Super Liqa: “Kocaelispor” “Amedspor”u 2 cavabsız qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Kocaelispor” evdə “Amedspor”la üz-üzə gəlib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Beləliklə, 2 turdan sonra maksimum nəticə göstərmiş yeganə komanda – “Gənclərbirliyi” 6 xalla vahid liderdir. “Qalatasaray”, “Samsunspor”, “Trabzonspor”, “Qaziantep”, “Alanyaspor” və “Kasımpaşa” isə 4 xal toplayıblar.

Türkiyə, Super Liqa
2-ci tur

21 avqust

Ərzurumspor – Qalatasaray 0:4

22 avqust

Çorum – Kasımpaşa 0:1
Rizəspor – Samsunspor 0:2
Fənərbağça – Konyaspor 4:2

23 avqust

Eyüpspor – Qaziantep 0:1
Trabzonspor – Başakşəhər 2:1
Alanyaspor – Beşiktaş 1:0
Göztəpə – Gənclərbirliyi 0:1

24 avqust

Kocaelispor – Amedspor 2:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: