Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümündə növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda ÇL-in pley-off mərhələsi çərçivəsində “Hapoel”lə (Beer-Şeva) üz-üzə gəlib.
Azərbaycan və İsrail çempionları arasında səfərdə keçirilmiş ilk matçda “bayquşlar” 1:2 hesablı məğlubiyyətlə üzləşmişdilər. Bu üzdən də Masazır təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmaq üçün inamlı hesabla qələbə qazanmaq məcburiyyətindəydi. Çempionlar Liqasındakı ilk mövsümündə tarixi nəticələrə imza atmış “Sabah” daha bir tarix yazmaq üçün “Hapoel” səddini də keçmək istəyirdi.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilmiş görüşü rumıniyalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi tanınmış FİFA referisi İştvan Kovaç olub.
Oyunun əsas vaxtı 3:2 hesabıyla komandamızın xeyrinə bitib. Əlavə vaxtda daha 2 qol vurmuş “Sabah” növbəti tarixi zəfərlə ÇL-in Liqa mərhələsinə vəsiqə qazanıb!
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
25 avqust
Sabah – Hapoel (Beer-Şeva) 5:2
Qollar: Kristian Nvaçukvu, 38. Umaralo Rahmonaliyev, 74. Tellur Mütəllimov, 90+4. Patrik Mbina, 101. Coy Lens Mikels, 115 – İqor Zlatanoviç, 10. Quy Mizrahi, 61.
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 8. Kristian Nvaçukvu, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 10. Aleksey İsayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Hapoel: 1. Ofir Marsiano, 2. Quy Mizrahi, 4. Migel Vitor (k), 5. Pedro Amador, 7. Elyel Perets, 9. Zahi Ahmad, 12. İtay Rotman, 20. Javon East, 25. Lukas Ventura, 28. Niv Yehoşuha, 66. İqor Zlatanoviç.
Ehtiyat oyunçular: 34. Marko Volff, 3. Matan Baltaxa, 8. Məhəmməd Kanan, 11. Amir Qanah, 13. Ofir Davidzada, 14. Yonas Malede, 18. Roy Levi, 19. Amit Ohana, 27. Yoan Stoyanov, 44. Cibril Diop, 45. Abu Rumi, 70. Joao Viktor.
Baş məşqçi: Ran Kojux.


