ÇL: “Fənərbağça”nın 18 illik həsrəti bitdi!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

Türkiyənin “Fənərbağça” komandası bu gün növbəti sınağına çıxıb. İstanbul təmsilçisi 18 ildən sonra ÇL-in Liqa mərhələsində iştirak etmək hüququ qazanıb. İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda səfərdə Fransanın “Olimpik” (Lion) komandasını 2:1 hesabı ilə məğlub edib. İstanbulda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə üstələyən “Fənərbağça” 2008/2009-cu illər mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.

Günün digər oyunlarında AEK, “Slovan” və “Vikinq” də qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

25 avqust

Sabah (Azərbaycan) – Hapoel (Beer-Şeva, İsrail) 5:2 (ilk oyun 1:2)
Bodo Qlimt (Norveç) – Neymegen (Niderland) 3:0 (3:1)
LASK (Avstriya) – Seltik (Şotlandiya) 5:1 (0:3)

26 avqust

AEK (Yunanıstan) – Levski (Bolqarıstan) 4:0 (0:0)
Çelye (Sloveniya) – Slovan (Slovakiya) 1:2 (1:1)
Olimpik (Lion, Fransa) – Fənərbağça (Türkiyə) 1:2 (1:1)
Vikinq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 3:1 (2:2)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: