“Sabah” üçün 5 milyon manat ayrıldı – Prezidentdən Sərəncam!

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Arena.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionunun ÇL-in Liqa mərhələsindəki rəqiblərinin adına bu gün aydınlıq gələcək. Monakoda təşkil ediləcək püşkatma mərasiminə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. “Bayquşlar” turnirin əsas mərhələsində 8 oyun (4-ü evdə, 4-ü səfərdə olmaqla) keçirəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: