A Seriyası: “Yuventus” “Parma”nı 2 cavabsız qolla yendi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Fiorentina” doğma meydanda “Frozinone”yə, “Montsa” isə “Udineze”yə məğlub olub.

“Sassuolo” “Torino”nu xalsız yola salıbsa, “Yuventus” da “Parma”nı məğlub edib.

2-ci turun qalan görüşləri avqustun 30-da və 31-də keçiriləcək.

İtaliya, A Seriyası
2-ci tur

28 avqust

Milan – Venesiya 2:0

29 avqust

Fiorentina – Frozinone 0:3
Montsa – Udineze 2:3
Sassuolo – Torino 2:1
Yuventus – Parma 2:0

30 avqust

20:30. Napoli – Komo
22:45. Kalyari – İnter
22:45. Latsio – Cenoa

31 avqust

20:30. Leççe – Roma
22:45. Atalanta – Bolonya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: