Premyer Liqa: “Kəpəz” yeni arenasına qələbə ilə qayıtdı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Gəncədə baş tutub.

Burada “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Qarşılaşma Gəncə şəhər stadionunda keçirilib. Bu, Gəncə təmsilçisinin yenidən inşa olunmuş arenada ilk görüşü olub. Oyunu Kamal Umudlu idarə edib. “Kəpəz” doğma azarkeşlərinin dəstəyi sayəsində onları qələbə ilə sevindirib.

Premyer Liqa
3-cü tur

30 avqust

“Kəpəz” – “Turan Tovuz” 1:0
Qol: Viktor Stina, 47.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu, 18:00.

Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov, 7. Namik Ələskərov, 29. Dioqo Verdaska (k), 9. Kennet Kalunqa, 21. Azuma Abubakar, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 6. Vadim Abdullayev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 8. Şakir Seyidov, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 33. Benito.
Baş məşqçi: Azər Məmmədov.

Turan Tovuz: 35. Aleksey Kenyaykin, 17. Rəhim Sadıxov, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Jo Batista, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 33. Filip Damyanoviç, 8. David Tavares.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 21. Stiv Besnar, 77. İbrahima Vadji, 11. Dioqo Balau.
Baş məşqçi: Kurban Berdiyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: