Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Başakşəhər” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Eyüpspor” doğma meydanda “Alanyaspor”a qalib gəlib. Səfərdə “Samsunspor”la üz-üzə gəlmiş “Fənərbağça” isə 2 cavabsız qola sevinib.
3-cü turun qalan görüşləri avqustun 31-də keçiriləcək.
Türkiyə, Super Liqa
3-cü tur
28 avqust
Gənclərbirliyi – Ərzurumspor 1:1
29 avqust
Konyaspor – Kocaelispor 1:2
Qalatasaray – Göztəpə 3:2
Qaziantep – Rizəspor 1:2
30 avqust
Eyüpspor – Alanyaspor 2:1
Başakşəhər – Kasımpaşa 1:1
Samsunspor – Fənərbağça 0:2
31 avqust
22:30. Amedspor – Trabzonspor
22:30. Beşiktaş – Çorum


