Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının (ÇL) 2026/27 mövsümünün Liqa mrəhələsi üçün iştirak ərizəsini təqdim edib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Paytaxt təmsilçisi hələlik 26 futbolçu sifariş edib. Heyətdə 4 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 4 hücumçu yer alıb.
“Sabah”ın yeni transfer etdiyi Du Keyros bu siyahıda yer almayıb. Rusiyanın “Zenit” klubundan icarəyə götürülmüş braziliyalı yarımmüdafiəçinin keçidi yenicə açıqlanıb. Böyük ehtimalla onun da adı qarşıdakı günlərdə UEFA-ya təqdim edilmiş siyahıya daxil ediləcək.
Beləliklə, “Mançester Yunayted”ə (İngiltərə) qarşı keçiriləcək ilk matçda baş məşqçi Valdas Dambrasukasın sərəncamında olacaq futbolçular bunlardır:
Qapıçılar: Amin Ramazanov, Stas Pokatilov, Rauf Əyyubov, Rəvan Mirzəmmədov;
Müdafiəçilər: Stiv Solvet, Eyden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Erivaldo Almeyda, Akim Zedadka;
Yarımmüdafiəçilər: Velko Simiç, Yunes Laşaab, Abdulla Xaybullayev, Umarali Rahmonaliyev, Aleksey İsayev, Kahim Parris, İvan Lepinitsa, Rauf Rüstəmli, Rodriqo Fernandes, Cəfər Muxtarov, Şahin İbrahimov;
Hücumçular: Kristian Nvaçukvu, Coy-Lens Mikels, Ksander Severina, Patrik Mbina.


