Portuqaliyanın “Şaveş” klubunun mərkəz yarımmüdafiəçisi Talisson Moreyra Reys (Ktatau) bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. Transferin digər detalları açıqlanmayıb.
Ktatau futbola Braziliyanın “Koimbra” klubunda başlayıb. Daha sonra “Pedras Salqadas”, “Quarani” və “Felqeyras”da da çıxış etmiş futbolçu “Şaveş”in heyətində 61 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Zirə” bu yay Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev, Kris Diqbeu, Dameyn Smit, Lue Bayere və Dimitri Leqbonu da heyətinə qatıb.
Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə yeni müqavilə imzalanıb.
Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov, Fuad Bayramov, Brahim Konate, Əkbər Eyyubov, Namiq Ələsgərov və Junior Martins isə komandanı tərk ediblər.


