Maktominey ürək problemi səbəbindən 6 həftə oynamayacaq

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey ürəkdə aşkarlanan yüngül və xoşxassəli aritmiya səbəbindən əməliyyat olunacaq.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu buna görə ən azı altı həftə yaşıl meydanlardan uzaq qalacaq.

29 yaşlı yarımmüdafiəçi ürəyindəki ritm pozuntusunun aradan qaldırılması üçün ablasiya prosedurundan keçəcək.

“Skotta ablasiya aparılacaq, daha sonra ona antikoaqulyant müalicə təyin ediləcək. Məşqlərə qayıtmaq üçün minimum 28 gün, bərpa dövrü üçün isə daha azı iki həftə tələb olunur. Onu oktyabrda yenidən sırada görəcəyimizə ümid edirik”, – deyə klubun idman direktoru Covanni Manna bildirib.

Beləliklə, Skott Maktominey “Napoli”nin qarşıdakı oyunlarını buraxacaq və onun oktyabr ayında məşqlərə qayıtması gözlənilir.

Xatırladaq ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir. Azərbaycan təmsilçisi bu rəqibini 2027-ci il, yanvarın 20-də Bakıda qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: