Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas – Liqa mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 6 oyun baş tutacaq.
Günün mərkəzi qarşılaşması İspaniyada baş tutacaq. Madrid “Real”ı doğma azarkeşlər önündə İtaliyanın “İnter” komandası ilə üz-üzə gələcək.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk turun digər oyunları sentyabrın 9-10-da baş tutacaq. Azərbaycan çempionu “Sabah” sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
8 sentyabr
20:45. AEK (Yunanıstan) – LASK (Avstriya)
20:45. Brügge (Belçika) – Aston Villa (İngiltərə)
23:00. Borussiya (Dortmund, Almaniya) – Vilyarreal (İspaniya)
23:00. Portu (Portuqaliya) – Mançester Siti (İngiltərə)
23:00. Lill (Fransa) – Betis (İspaniya)
23:00. Real (İspaniya) – İnter (İtaliya)


