Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün əsas – Liqa mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 6 oyun baş tutub.
Günün mərkəzi qarşılaşması İspaniyada baş tutub. Madrid “Real”ı doğma azarkeşlər önündə İtaliyanın “İnter” komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Dortmund “Borussiya”sı da “Vilyarreal”la ev oyunundan çətin qələbə ilə ayrılıb. “Mançester Siti” səfərdə “Portu”ya, “Aston Villa” “Brügge”yə, “Betis” isə “Lill”ə qalib gəlib.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk turun digər oyunları sentyabrın 9-da və 10-da baş tutacaq. Azərbaycan çempionu “Sabah” sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
8 sentyabr
AEK (Yunanıstan) – LASK (Avstriya) 1:0
Brügge (Belçika) – Aston Villa (İngiltərə) 2:3
Borussiya (Dortmund, Almaniya) – Vilyarreal (İspaniya) 3:2
Portu (Portuqaliya) – Mançester Siti (İngiltərə) 0:2
Lill (Fransa) – Betis (İspaniya) 2:3
Real (İspaniya) – İnter (İtaliya) 2:1


