Mourinyo: “Hesab rahatlıqla 7:6 ola bilərdi”

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri qarşılaşmanın olduqca gərgin və məhsuldar keçdiyini bildirib:

“Bu matçı dəli adlandırmağa üstünlük verərdim. Oyun darıxdırıcı olanda çoxlu tənqid səslənir, amma bu gün meydanda əsl dəlilik yaşandı. Hesab rahatlıqla 7:6 ola bilərdi.

Yarımmüdafiəmiz zəifləmiş vəziyyətdə idi. “İnter” erkən əvəzləmələr etməyə başladı, mənim isə yarımmüdafiədə o qədər də çox seçim imkanım yox idi. Futbolçuların artıq çox çətinlik çəkdiyini görəndə dəyişikliklər etdim. Amma düşünürəm ki, onlar yaxşı iş gördülər. Bu oyun heç də darıxdırıcı olmadı!

Düşünürəm ki, nə biz, nə də onlar oyunun gedişinə nəzarət edə bildik. Qarşılaşma rəqibin nəzarətində deyildi. Kurtua çoxlu seyv etdi, amma rəqibin hücumların qurulması mərhələsində belə reallaşdıra bilmədiyi neçə fürsəti oldu? Bu, əla matç idi”, deyə Mourinyo bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: