ÇL: “Sabah” “Mançester Yunayted”lə üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümündə növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu tarixində ilk dəfə vəsiqə qazandığı ÇL-in Liqa mərhələsində debüt edəcək.

Paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirindəki tarixi görüşündə İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşacaq. Valdas Dambrauskasın komandası bu rəqibi ilə səfərdə üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, bu oyunu fransalı hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Villi Delajo olacaq. FIFA referisinə həmyerliləri – yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matye Vernice yerinə yetirəcək.

Villi Delajo cari mövsüm ikinci dəfə “Sabah”ın UEFA Çempionlar Liqasındakı oyununa təyinat alır. 33 yaşlı hakim Azərbaycan təmsilçisinin 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” kollektivini Bakıda 4 cavabsız qolla üstələdiyi cavab matçını da idarə edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr

23:00. Sabah – Mançester Yunayted
Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Matye Vernice (hamısı Fransa).
Mançester. “Old Trafford” stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: