Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində ilk tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah”ın İngiltərədə “Mançester Yunayted”in qonağı olacağı gün “Fənərbağça” “Roma”nı qəbul edəcək.
Türkiyə və İtaliya təmsilçiləri İstanbulda üz-üzə gələcəklər.
“Komo” bu gün “Leypsiq”lə ev oyununda ÇL-də debüt edəcəksə, Almaniya nəhəngi “Bayern” ötən mövsümün sürpriz komandalarından olan “Bodo Qlimt”i sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
20:45. Fənərbağça (Türkiyə) – Roma (İtaliya)
20:45. PSV (Niderland) – Şaxtyor (Donetsk, Ukrayna)
23:00. Komo (İtaliya) – Leypsiq (Almaniya)
23:00. Bayern (Almaniya) – Bodo Qlimt (Norveç)
23:00. Mançester Yunayted (İngiltərə) – Sabah (Azərbaycan)
23:00. Slaviya (Praqa, Çexiya) – Lans (Fransa)


