“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu bu gün ÇL-in Liqa mərhələsinin ilk turu çərçivəsində səfərdə qarşılaşdığı İngiltərə nəhənginə 0:4 hesabıyla uduzub.
Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
“Bura gələndə başa düşürdük ki, qarşımızda böyük sınaq dayanır. “Mançester Yunayted” uşaqlıqdan dəstəklədiyim klubdur. Buna görə də “Old Trafford”da yer alaraq onlara qarşı mübarizə aparmaq mənim üçün artıq böyük şərəf idi. Bu komandaya məğlub olmaq ağrılıdır, amma eyni zamanda bizim üçün böyük təcrübədir. Bu məğlubiyyətdən çox şey öyrənə bilərik. Onlar dünyanın ən böyük klublarından biridir. “Mançester Yunayted” bu axşam səviyyəli komandanın meydanda necə çıxış etməli olduğunu nümayiş etdirdi. Bəzən oyunu uduzursan. Bu axşam isə biz sadəcə məğlub olmadıq, həm də bu oyundan dərs çıxardıq”.


