Maykl Karrik: “Sabah” komanda şəklində yaxşı pressinq edir”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik UEFA Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, İngiltərə nəhəngi sabah ÇL-in Liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda Azərbaycan çempionu ilə üz-üzə gələcək.

İngilis mütəxəssis oyundan öncə təşkil edilmiş mətbuat konfransında Azərbaycan təmsilçisini yaxşı tanıdıqlarını və rəqibin güclü tərəflərinin fərqində olduqlarını bildirib:

“Sabah” çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadır. Əksər oyunlarda qalib gəliblər və özlərinə inamlıdırlar. Komanda şəklində yaxşı pressinq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.

Maykl Karrik Çempionlar Liqasında komandasının qarşısına böyük hədəflər qoyduğunu, lakin bununla yanaşı realist olmağın vacibliyini vurğulayıb:

“Bu turnirdə irəli getmək üçün növbəti addımı atmaq özümüzdən asılıdır. Təvazökar və realist olmalıyıq. Bruno Fernandes indiyədək Çempionlar Liqasında cəmi bir pley-off mərhələsində oynayıb. İrəliləmək bizim əlimizdədir. İstədiyimiz yerə mümkün qədər tez çatmaq istəyirik, amma bunun üçün hansı addımların atılmalı olduğunu da başa düşməliyik. Biz həqiqətən böyük işlər görməyə qadirik. İstənilən rəqiblə qarşılaşıb qalib gələ bilərik.

Əsas çağırış budur – Çempionlar Liqasında qalmağa davam etmək. Bura gəlmək üçün yaxşı iş görmüşük, amma irəliləmək istəyirik. Bizdə nəyəsə nail ola biləcəyimizə dair gözlənti, ümid və inam olmalıdır. Cavab həmişə qələbə qazanmaqdır. Nə qədər çox oyun qazansaq, turnirdə daha irəli getmək şansımız da bir o qədər çox olar”.

Maykl Karrik “Sabah”la görüşdə mümkün rotasiyaya da münasibət bildirib:

“Məhz buna görə geniş heyətimiz var. Rəqiblərin müəyyən güclü tərəflərinə və fərqli oyun üslublarına uyğunlaşmalıyıq. Cümə axşamı, sonra çərşənbə günü oynayacağıq. Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdir. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: