Şahmat yığmalarımızdan Hindistan və Argentina ilə heç-heçə

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, kişilərdən ibarət komandamız 8-ci turda Hindistan yığması ilə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət komandamız bu rəqibi ilə heç-heçə edib – 2:2. Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Rauf Məmmədov öz partiyalarını heç-heçə ilə başa vurublar.

Qadınlardan ibarət milli komandamız (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) isə Argentina ilə qarşılaşıb – 2:2. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova partiyalarını heç-heçə ilə bitiriblər.

Bundan əvvəl kişilərdən ibarət millimiz Mərakeşə (4:0), Filippinə (3:1), İsveçrəyə (3:1), Argentinaya (2,5:1,5) və Yunanıstana (3,5:0,5) qalib gəlib, Çexiya (2:2) və Rumıniya (2:2) ilə heç-heçə edib.

Qadın millimiz isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiyaya (3:1) qalib gəlib, Qazaxıstana (1,5:2,5) və Ermənistana (1,5:2,5) məğlub olub.

İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarışa sentyabrın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: